Əsas məzmuna keç
Dr. Fidan Əliyeva
Bütün xidmətlər

Təbəssüm və üz harmoniyası

Pitts fəlsəfəsi: təbəssüm qövsü, ön dişlərin mövqeyi, dodaqlar və profil birlikdə planlanır.

Bu sizə tanışdırsa

Pasiyentlər bu müraciətlə ən çox bu sözlərlə gəlir:

  • Dişlərim düzdür, amma təbəssümüm nədənsə tam deyil
  • Gülərkən yanlarda qaranlıq sahələr görünür
  • Ön dişlərim qısa və ya düz xətt üzrə görünür
  • Profilimdə dodaqlar çox önə çıxıb və ya içəri batıb
  • Təbəssümüm asimmetrik görünür
  • Şəkillərdə gülümsəməkdən çəkinirəm

Gözəl təbəssüm haqqında danışanda çoxları yalnız düz dişləri düşünür. Amma təbəssümü təbii və gənc göstərən başqa detallar da var: təbəssüm qövsü, ön dişlərin mövqeyi, diş qövsünün eni, diş ətinin görünməsi, dodaqların vəziyyəti və bütün bunların üzlə harmoniyası. Araşdırmalarda həm ortodontlar, həm də adi insanlar bu detalları adını bilmədən hiss edir.

Pitts fəlsəfəsi nədir

Pitts fəlsəfəsi amerikalı ortodont Dr. Tom Pitts-in yaratdığı müalicə metodikasıdır. Burada həkim yalnız düz dişlər və düzgün dişləmə haqqında yox, müalicənin sonunda pasiyentin necə görünəcəyi haqqında da düşünür. Müalicə dişləri "təxminən doğru istiqamətə" aparmaqla yox, əvvəlcədən dəqiq düşünülmüş yol üzrə qurulur. 2022-2024-cü illərdə ABŞ-da Pitts Masters Continuum 9 proqramını bitirmişəm. Ətraflı: Pitts fəlsəfəsi nədir.

Təbəssümün elementləri

Harmonik təbəssümün elementləri
ElementNəyə baxıram
Təbəssüm qövsüÜst dişlərin kənar xətti alt dodağı təkrarlayırmı
Ön dişlərin hündürlüyüSakit vəziyyətdə və gülərkən nə qədər görünür
Qövsün eniGülərkən yanlarda böyük qaranlıq sahələr varmı
Diş ətiGülərkən nə qədər diş əti görünür
Orta xəttDişlərin ortası üzün ortası ilə uyğundurmu
ProfilDodaqların burun və çənə ilə münasibəti

Hər element haqqında ayrıca yazmışam: təbəssüm qövsü, bukkal dəhlizlər və ortodontiya üzü dəyişirmi.

Diaqnostika üzdən başlayır

  1. Üzün fotoşəkilləri: öndən və yandan, sakit, təbii və geniş təbəssüm
  2. Təbəssümün yaxın plan fotoşəkilləri və video
  3. Ağız içi fotoşəkillər və modellər
  4. Sefalometrik rentgen və profilin təhlili
  5. Final təbəssümün planlaşdırılması, sonra ona aparan hərəkətlər

Pasiyent üçün bu nə deməkdir

  • Daha proqnozlaşdırıla bilən nəticə
  • Funksiya ilə yanaşı estetikaya da diqqət
  • İlk gündən sistemli plan
  • Profilin, dodaqların və üz cizgilərinin nəzərə alınması
  • Diş çəkmə qərarında profilin qorunması

Düzgün diaqnoz və plan ilə dəyişikliklər yalnız təbəssümdə qalmır. Bəzi pasiyentlərimizdə müalicədən sonra üzün proporsiyaları, oval xətti və simmetriyası da daha harmonik oldu. Amma ortodontiyanın sərhədləri də var: böyüklərdə çənə sümüyünün ölçüsünü, burnun formasını dəyişmir. Bunu konsultasiyada açıq deyirəm.

Komanda işi

Bəzən təbəssümün tam harmoniyası üçün ortodontik mərhələdən sonra dişlərin formasının bərpası, diş ətinin korreksiyası və ya başqa estetik addımlar lazım olur. Belə hallarda terapevt, ortoped və periodontoloqla birlikdə planlayırıq. Dodaq estetikası ilə bağlı qərarları isə ortodontik nəticədən sonra verməyi tövsiyə edirəm: ortodontiyadan əvvəl dodaq doldurmaq olarmı.

Elm nə deyir

  • Klinik məqalə (2001): ön dişlərin mövqeyi təbəssüm qövsünü müəyyən edir və müalicədə əvvəlcədən planlanmalıdır.
  • Araşdırma (2006): ortodontlar və adi insanlar alt dodağa paralel təbəssüm qövsünü və minimal bukkal dəhlizləri daha cəlbedici sayır.
  • Sistematik icmal (2016): adi insanlar təbəssümün bir neçə estetik detalına həssasdır.
  • Sistematik icmal və meta-analiz (2018): diş çəkilməsi ilə müalicədə dodaqlar daha çox geri çəkilir, ona görə qərarda profil nəzərə alınmalıdır.
Bəzən yaxşı nəticə düz dişlərdir. Müstəsna nəticə isə gözünüzü ayıra bilmədiyiniz təbəssümdür.

Konsultasiya necə keçir

Bu mövzuda gələn pasiyentlə əvvəlcə onu nəyin narahat etdiyini dinləyirəm. Sonra fotoşəkillər və video çəkirəm, birlikdə ekranda təbəssümün elementlərinə baxırıq. Bəzən pasiyent narahatlığının səbəbini ilk dəfə orada görür: məsələn, problem dişlərin əyriliyində yox, təbəssüm qövsünün düz olmasında və ya yanlardakı qaranlıq sahələrdədir. Sonra bunun ortodontik yolla nə qədər dəyişə biləcəyini və nəyin başqa mütəxəssis tələb etdiyini izah edirəm.

Tez-tez verilən suallar

Bu ayrıca müalicədir, yoxsa breket müalicəsinin bir hissəsi?

Bu, hər ortodontik müalicədə tətbiq etdiyim planlama yanaşmasıdır. Breket və ya elaynerlə müalicə bu plan əsasında aparılır.

Ortodontiya üzümü dəyişəcəkmi?

Dodaqların profili, təbəssümün eni və ağzın qapanması dəyişə bilər. Böyüklərdə çənə sümüklərinin ölçüsü isə dəyişmir.

Təbəssüm qövsünü yaxşılaşdırmaq olarmı?

Səbəb dişlərin mövqeyindədirsə, bəli. Dişlər qısa və ya aşınıbsa, sonra estetik bərpa da lazım ola bilər.

Gülərkən yanlardakı qaranlıq sahələr düzələrmi?

Səbəb dar qövs və ya içəri əyilmiş yan dişlərdirsə, çox vaxt ortodontik yolla yaxşılaşdırmaq mümkündür.

Nəticəni əvvəlcədən görmək olarmı?

Planlama zamanı məqsədi fotoşəkillər və modellər üzərində izah edirəm. Dəqiq nəticə dişlərin bioloji reaksiyasından da asılıdır.

Elaynerlə təbəssüm harmoniyasına çatmaq olarmı?

Bir çox halda bəli. Amma ön dişlərin hündürlüyünü incə idarə etmək lazım olanda breket daha dəqiqdir.

Ətraflı oxu

Elmi mənbələr

Bu yazıdakı məlumatlar aşağıdakı rəyli elmi məqalələrə və sistematik icmallara əsaslanır.

  1. Sarver, D. M. (2001). The importance of incisor positioning in the esthetic smile: the smile arc. American Journal of Orthodontics and Dentofacial Orthopedics, 120(2), 98-111. [PMID: 11500650] | [DOI: 10.1067/mod.2001.114301]
  2. Parekh, S. M., Fields, H. W., Beck, M., & Rosenstiel, S. (2006). Attractiveness of variations in the smile arc and buccal corridor space as judged by orthodontists and laymen. The Angle Orthodontist, 76(4), 557-563. [PMID: 16808559] | [DOI: 10.1043/0003-3219(2006)076[0557:AOVITS]2.0.CO;2]
  3. Parrini, S., Rossini, G., Castroflorio, T., Fortini, A., Deregibus, A., & Debernardi, C. (2016). Laypeople's perceptions of frontal smile esthetics: A systematic review. American Journal of Orthodontics and Dentofacial Orthopedics, 150(5), 740-750. [PMID: 27871700] | [DOI: 10.1016/j.ajodo.2016.06.022]
  4. Konstantonis, D., Vasileiou, D., Papageorgiou, S. N., & Eliades, T. (2018). Soft tissue changes following extraction vs. nonextraction orthodontic fixed appliance treatment: a systematic review and meta-analysis. European Journal of Oral Sciences, 126(3), 167-179. [PMID: 29480521] | [DOI: 10.1111/eos.12409]