Dr. Fidan Əliyeva
Ortodont, Pitts Masters məzunu


Üzünüzlə harmoniyada olan təbəssüm
Mən Fidan Əliyeva, ortodontam. ABŞ-da Dr. Tom Pitts-in Pitts Masters proqramını bitirmişəm. Müalicəni yalnız düz dişlər üçün yox, təbəssümün üz cizgilərinizə uyğun, təbii və sabit olması üçün planlayıram. Uşaqlarla, böyüklərlə və xaricdə yaşayan pasiyentlərlə işləyirəm.
- Klinik təcrübə
- 15+ il
- İxtisas
- Ortodont
- Müalicə yanaşması
- Pitts fəlsəfəsi
- Qəbul formatı
- WhatsApp ilə yazılış
- Qəbul ünvanı
- Face Art Clinic
Uşağınızın ortodonta ehtiyacı varmı?
Bu qısa test dişlərin düzülüşü, dişləmə və vərdişlər üzrə əlamətlərə baxaraq ortodont müayinəsinə nə qədər tez ehtiyac olduğunu təxmini göstərir. Güzgü qarşısında uşağın dişlərinə baxın, 10 suala cavab verin və nəticəni dərhal görün.
Cavablarınız yalnız sizin cihazınızda hesablanır: heç bir serverə göndərilmir və yadda saxlanmır.
Sual 1 / 10
Aşağı ehtiyac
Hələlik ciddi əlamət görünmür.
Planlı müayinələrə davam edin. Uşaq 6 yaşdan böyükdürsə və hələ ortodontda olmayıbsa, bir dəfə göstərmək kifayətdir: bəzən ilk baxışda görünməyən əlamətlər olur.
Orta ehtiyac
Bəzi əlamətlər ortodont müayinəsini məsləhətli edir.
Yaxın aylarda ortodont müayinəsinə gəlin. Bəzən müalicəyə ehtiyac olur, bəzən isə böyüməni müəyyən aralıqlarla izləmək kifayətdir. Əsas məsələ doğru zamanda doğru qərar verməkdir.
Yüksək ehtiyac
Ortodont müayinəsini gecikdirməyin.
Bir neçə əlamət erkən müdaxilə tələb edə bilər. Məsələn, çox önə çıxan ön dişlər zərbədən daha çox zədələnir, çənənin yana sürüşməsi isə böyüməyə təsir edə bilər. Gecikdirmədən müayinəyə gəlin.
Ehtiyac şkalası
- Aşağı
- Orta
- Yüksək
Test hansı nəticəni göstərsə də, ilk ortodont müayinəsini 6 yaşdan planlamağı tövsiyə edirəm. Bu yaşda çənələrin böyüməsini və dişlərin dəyişməsini izləmək müalicəyə doğru vaxtda başlamağa kömək edir.
Erkən müalicə haqqında mənbə: Batista, K. B., Thiruvenkatachari, B., Harrison, J. E., & O’Brien, K. D. (2018). Orthodontic treatment for prominent upper front teeth (Class II malocclusion) in children and adolescents. Cochrane Database of Systematic Reviews, 3(3), CD003452. [PMID: 29534303] | [DOI: 10.1002/14651858.CD003452.pub4]
Bu test diaqnoz qoymur və həkim müayinəsini əvəz etmir. Ağrı, zədə və ya sizi narahat edən başqa dəyişiklik varsa, nəticədən asılı olmayaraq ortodonta müraciət edin.
Əvvəl və sonra
Pasiyentlərin yazılı razılığı ilə paylaşılan görüntülər. Hər hal fərqlidir, nəticə də fərdidir.






Yaxşı nəticə yalnız düz dişlər deyil
Ortodontik nəticəni dişlərlə yanaşı dodaqlar, profil və bütün üzlə birlikdə qiymətləndirirəm. Konsultasiyada hər detalı göstərir, dişlərin necə qapandığını və niyə məhz bu yolu təklif etdiyimi izah edirəm. Sual vermək üçün tələsməyə ehtiyac yoxdur.

Yanaşmamın əsasları
- Diaqnoz dişlərdən yox, üzdən başlayır
- Hər addımın açıq izahı
- Lazım olmayan müalicə təklif etmirəm
- Müalicəni elayner yox, ortodont idarə edir
İxtisasım və istiqamətlərim
Ortodont kimi uşaqlarda və böyüklərdə dişləmə və dişlərin düzülüşü problemlərini müalicə edirəm. Əsas aləti Pitts fəlsəfəsidir: təbəssüm qövsü, ön dişlərin mövqeyi, dodaqlar və üzün harmoniyası.
İxtisas
Ortodont
Breket və elayner müalicəsi, mini-vintlər, diş-əti təbəssümünün korreksiyası, uşaqlarda erkən müalicə və damaq genişləndirmə.
Təhsil
Pitts Masters, ABŞ
Dr. Tom Pitts-in iki illik beynəlxalq proqramı, Continuum 9 (2022-2024). Azərbaycan Tibb Universiteti, stomatologiya fakültəsi.
Lektorluq
OC Orthodontics lektoru
Azərbaycanda sertifikatlı lektor, ABŞ-da Pitts21 məruzəçisi və gənc ortodontlar üçün mentorluq proqramının müəllifi.
Qəbul
Əvvəlcədən yazılışla
Qəbula WhatsApp ilə yazılırsınız, gün və saatı birlikdə razılaşdırırıq.
Ortodontik müalicə hər yaşda
Breket və elayner müalicəsi, mini-vintlər, diş-əti təbəssümünün korreksiyası, 6 yaşdan uşaq ortodontiyası və xaricdə yaşayan pasiyentlər üçün səfərlərə uyğun plan.
Bütün xidmətlərə bax- Breket müalicəsiPitts21 Pro sistemi ilə dişlərin və dişləmənin düzəldilməsi, təbəssümün üzlə harmoniyasına diqqətlə.
- ElaynerlərŞəffaf, çıxarıla bilən kapalarla müalicə, ortodontun müntəzəm nəzarəti altında.
- Təbəssüm və üz harmoniyasıPitts fəlsəfəsi: təbəssüm qövsü, ön dişlərin mövqeyi, dodaqlar və profil birlikdə planlanır.
- Diş çəkmədən müalicəSıx düzülmüş dişlərin mümkün olduqda diş çəkmədən, yumşaq qüvvələrlə düzəldilməsi.
- Mini-vintlər (TAD)Dəqiq diş hərəkətləri üçün çənə sümüyünə müvəqqəti qoyulan kiçik dayaqlar.
Instagram-dan videolar
Konsultasiyanın necə keçdiyini, təbəssüm qövsünü və müalicə müddətini qısa videolarda izah edirəm.
Müraciətdən harmonik təbəssümə dörd addım
Ortodontik müalicə tanışlıqla, diqqətli təhlillə və birlikdə görəcəyimiz işin anlaşılması ilə başlayır.
Müraciət
WhatsApp-a yazırsınız, sizi narahat edən məsələni qısa qeyd edirsiniz. Uyğun görüş növünü birlikdə seçirik.
Konsultasiya və diaqnostika
Dişlərə, dişləməyə və üzə baxıram, fotoşəkillər çəkirəm, lazım olduqda rentgen təyin edirəm. İstənilən sualı rahat verə bilərsiniz.
Plan və izah
Nəyi niyə dəyişəcəyimizi, hansı üsulu təklif etdiyimi, təxmini müddəti və vizitlərin sıxlığını açıq izah edirəm.
Müalicə və retensiya
Planlı aktivasiyalarla müalicəni aparır, sonda nəticəni retensiya ilə qoruyuruq. Uşaqlarda inkişafı izləməyə davam edirik.
Pasiyentlər nə deyir
Bir neçə ildir dişlərimin düzülüşü məni narahat edirdi və breket arzulayırdım. Breket qoyulmazdan əvvəl bütün problemləri və onların necə həll olunacağını müəyyən etmək üçün bir neçə konsultasiya oldu. Problemin nədə olduğunu, necə və nə qədər müddətə həll oluna biləcəyini çox yaxşı izah etdilər. Xidmət və prosedurun keyfiyyəti çox xoşuma gəldi.
Breket pasiyentiInstagram-da video rəy, rus dilindən tərcümə Fidan xanım, siz illər əvvəl oğlumun dişlərini damaq açma qurğusu və breketlə düzəltmisiz. Əllərinizə sağlıq.
Mahruq xanımPasiyentin anası, Instagram şərhi Zəhmətinizə, qayğınıza və peşəkarlığınıza görə çox sağ olun! Bizi gözəl və sağlam təbəssümə belə diqqətlə və bacarıqla apardığınız üçün təşəkkür edirik.
Pasiyentin valideyniInstagram şərhi, rus dilindən tərcümə
Aktual elan
İlk ortodont müayinəsi 6 yaşdan
Təxminən 6 yaşda ilk daimi dişlər çıxır və çənələr aktiv böyüyür. Bu, dişləmənin necə formalaşdığını görmək üçün yaxşı vaxtdır. Müayinədə çənələrin böyüməsini, dişlərin dəyişməsini, dişləməni və barmaq əmmə, ağızla nəfəs kimi vərdişləri qiymətləndiririk. İlk konsultasiya həmişə breket demək deyil: məqsəd problemi vaxtında görmək və doğru zamanda doğru qərar verməkdir.
- Müddət
- BaşlanğıcSon
- Bilməli olduğunuz
- Yazarkən uşağın yaşını və sizi narahat edən məsələni qeyd edin. Konsultasiyanın qiyməti və vaxtı barədə WhatsApp-da məlumat verirəm.
Ortodontiya sadə dildə

Breketlə gündəlik qulluq bələdçisi
Fırçalama, köməkçi vasitələr, qidalanma, elastiklər və gözlənilməz hallar: beş əsas qayda, gündəlik qulluq və uşaqlar üçün dişləmə yoxlaması testi.


Breket, yoxsa elayner: hansını seçməli?
İki üsulun güclü və zəif tərəfləri, araşdırmaların müqayisəsi, hansı hallarda hansını tövsiyə etdiyim və seçimdə gündəlik həyatın rolu.


Uşağı ilk dəfə ortodonta nə vaxt göstərməli?
Niyə 6 yaş, müayinədə nəyə baxırıq, hansı hallarda erkən müalicə həqiqətən fayda verir və vərdişlər dişləməyə necə təsir edir.
Hər təbəssümə fərdi plan
Qəbula WhatsApp ilə yazılın: görüş növünü seçin, şikayətinizi və ya sualınızı qısa yazın. Uyğun gün və saatı birlikdə razılaşdırırıq.
Tez-tez verilən suallar
Instagram-da və konsultasiyada ən çox verilən suallar. Sizin vəziyyətinizlə bağlı dəqiq cavabı isə yalnız müayinədən sonra verə bilərəm.
Uşağı ortodonta neçə yaşda göstərmək lazımdır?
İlk ortodont müayinəsini 6 yaşdan planlamağı tövsiyə edirəm. Bu yaşda çənələrin böyüməsini, dişlərin dəyişməsini və dişləmənin necə formalaşdığını qiymətləndiririk. Kiməsə müalicə lazım olur, kimə isə hələlik yalnız müşahidə kifayətdir.
İlk konsultasiya necə keçir?
Dişlərə, dişləməyə, dodaqlara və üzə baxıram, təbəssümünüzü qiymətləndirirəm. Lazım olduqda fotoşəkillər, rentgen və əlavə analiz təyin edirəm. Sonra gördüklərimi sadə dillə izah edir, mümkün müalicə yollarını, təxmini müddəti və vizitlərin sıxlığını müzakirə edirik. İlk konsultasiya həmişə breket demək deyil.
Breket, yoxsa elayner?
İkisi də müasir və effektiv üsuldur, seçim dişlərin hansı hərəkətə ehtiyacı olduğundan, sizin həyat tərzinizdən və intizamınızdan asılıdır. Elaynerlərdən də istifadə edirəm. Əsas qayda budur: müalicəni elayner deyil, ortodont idarə etməlidir.
Müalicə nə qədər çəkir?
Hamı üçün eyni olan dəqiq müddət yoxdur. Müddət halın mürəkkəbliyindən, müalicə üsulundan və pasiyentin əməkdaşlığından asılıdır: vizitlərə vaxtında gəlmək və elastikləri taxmaq müalicəni qısaldır. Araşdırmalara görə breketlə müalicə orta hesabla təxminən 20 ay çəkir; bəzi halları altı aya, bəzilərini iki ilə bitiririk.
Dişlər sıxdırsa, mütləq diş çəkmək lazımdırmı?
Həmişə yox. Bir çox halda yumşaq qüvvələrlə və düzgün planla sıxlığı diş çəkmədən aradan qaldırmaq mümkündür. Qərarı yalnız diaqnostikadan sonra, üzün profilini və dodaqların vəziyyətini nəzərə alaraq verirəm.
Breket ağrı verirmi?
Breket qoyulandan və aktivasiyadan sonrakı ilk günlərdə dişlərdə gərginlik və həssaslıq olur, sonra keçir. Yanaqlar breketlərə tez öyrəşir. Uzun sürən ağrı, qopmuş breket və ya batan məftil olarsa, WhatsApp-a yazın.
Breketlə nə yemək olmaz?
Qadağalar düşündüyünüzdən azdır. Əsas qayda: breketlər çox bərk və yapışqan qidaları sevmir. Almanı dilimləyin, əti kiçik tikələrə bölün. Sevdiyiniz qidaların çoxundan imtina etməyə ehtiyac yoxdur, sadəcə bəzi vərdişləri dəyişmək lazımdır.
Xaricdə yaşayıram, müalicə ala bilərəmmi?
Bəli, xaricdə yaşayan pasiyentlərim var. Səfər qrafikinizi əvvəlcədən nəzərə alır, vizitləri ona uyğun planlayırıq. Aralıq fərdi müəyyən olunur, adətən iki aydan gec olmamaqla. Müntəzəm nəzarət isə müalicənin vacib hissəsi olaraq qalır.
Ortodontik müalicədən əvvəl dodaq doldurmaq olarmı?
Tələsməməyi məsləhət görürəm. Dişlərin vəziyyəti dəyişdikcə dodaqların dəstəyi və profil də dəyişə bilər. Ortodontiyanın nəticəsi uzunmüddətli və sabitdir, dolğunun təsiri isə müvəqqətidir. Müalicə bitəndən sonra ehtiyac qalarsa, onu sonra düşünmək daha doğrudur.
Böyük yaşda breket taxmaq olarmı?
Bəli. Diş əti və sümük sağlamdırsa, ortodontik müalicənin yaş həddi yoxdur. Böyüklərdə müalicəni çox vaxt terapevt, ortoped və ya implantoloqla birlikdə planlayırıq.
Müalicənin qiyməti nə qədərdir?
Qiymət dişləmənin növündən, müalicə üsulundan və müddətdən asılıdır. Konsultasiyadan sonra planı və qiyməti əvvəlcədən deyirəm. Ətraflı məlumat üçün WhatsApp-a yazın.
Şəkillərim paylaşılırmı?
Pasiyentin şəkli, videosu və ya müalicə nəticəsi yalnız onun yazılı razılığı ilə, uşaqlarda isə valideynin razılığı ilə paylaşılır. Tibbi məlumatlar yalnız müalicə üçün istifadə olunur. Saytdakı əlaqə forması yalnız adınızı, telefon və ya e-poçtunuzu və qısa qeydi WhatsApp mesajına çevirir, heç nəyi saxlamır.
Qəbul ünvanı və əlaqə
- Telefon
- +994 70 992 19 19
- WhatsApp ilə əlaqə



