Əsas məzmuna keç
Dr. Fidan Əliyeva

Salam, mən Fidan Əliyevayam

Ortodontam. Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsini bitirmişəm, 2022-2024-cü illərdə ABŞ-da Dr. Tom Pitts-in iki illik Pitts Masters proqramını keçmişəm. OC Orthodontics şirkətinin Azərbaycanda sertifikatlı lektoruyam və 2026-cı ildə ABŞ-da, Ostin şəhərində Pitts21 platforması üzrə məruzə ilə çıxış etmişəm. Uşaqlar, böyüklər və xaricdə yaşayan pasiyentlərlə işləyirəm.

Ortodont Dr. Fidan Əliyeva
Dr. Fidan ƏliyevaOrtodont

Ortodontiya ruhla və zövqlə

Gözəllik proporsiyada, xətlərdə və detallardadır. Memarlıqdan da, insan üzündən də bunu öyrənirəm. Ona görə məqsədim yalnız dişləri düzəltmək deyil, sizin üzünüzə uyğun, təbii və harmonik təbəssüm yaratmaqdır.

  • Diaqnozu dişlərlə yanaşı üz fotoşəkilləri, profil və dodaqlar üzərində qururam
  • Hər detalı göstərir, nə edəcəyimizi və niyə məhz bu yolu seçdiyimi izah edirəm
  • Lazım olmayan müalicə təklif etmirəm: bəzən doğru qərar gözləmək və izləməkdir
  • Uşaqla birbaşa danışır, onun etibarını valideynin etibarı qədər vacib sayıram
Yaxşı ortodontik nəticə sadəcə düz dişlər deyil. Bu, məhz sizin üzünüzdə təbii və harmonik görünən nəticədir.
Yanaşmam haqqında
Ən gözəli heç vaxt öyrənməyi dayandırmamaqdır. Bu gün həm öyrədirəm, həm də öyrənirəm.
Peşə yolum haqqında

Peşə yolum

Təcrübə

  1. BaşlanğıcSonhazırda

    Ortodont

    Face Art Clinic, Bakı

  2. BaşlanğıcSonhazırda

    Ortodontiya kafedrasının əməkdaşı

    Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

  3. BaşlanğıcSonhazırda

    Sertifikatlı lektor

    OC Orthodontics, Azərbaycandakı rəsmi nümayəndə RealDent Group ilə

Təhsil

  1. BaşlanğıcSon

    Pitts Masters Continuum 9

    Dr. Tom Pitts, ABŞ

  2. BaşlanğıcSon

    Stomatologiya üzrə internatura

    Qusar Mərkəzi Xəstəxanası

  3. BaşlanğıcSon

    Stomatologiya fakültəsi

    Azərbaycan Tibb Universiteti

İxtisasım və istiqamətlərim

Ortodont kimi uşaqlarda və böyüklərdə dişləmə və dişlərin düzülüşü problemlərini müalicə edirəm. Əsas aləti Pitts fəlsəfəsidir: təbəssüm qövsü, ön dişlərin mövqeyi, dodaqlar və üzün harmoniyası.

İxtisas

Ortodont

Breket və elayner müalicəsi, mini-vintlər, diş-əti təbəssümünün korreksiyası, uşaqlarda erkən müalicə və damaq genişləndirmə.

Təhsil

Pitts Masters, ABŞ

Dr. Tom Pitts-in iki illik beynəlxalq proqramı, Continuum 9 (2022-2024). Azərbaycan Tibb Universiteti, stomatologiya fakültəsi.

Lektorluq

OC Orthodontics lektoru

Azərbaycanda sertifikatlı lektor, ABŞ-da Pitts21 məruzəçisi və gənc ortodontlar üçün mentorluq proqramının müəllifi.

Qəbul

Əvvəlcədən yazılışla

Qəbula WhatsApp ilə yazılırsınız, gün və saatı birlikdə razılaşdırırıq.

Rəqəmlərlə

il klinik təcrübə
15+
xidmət istiqaməti
11
illik Pitts Masters proqramı, ABŞ
2
maarif yazısı bloqda
28
peşəkar birlik: WFO, AAO, APOC, Pitts Study Club
4
ixtisasartırma kursu: Bakı, Vyana, Paris, Budapeşt
15+