Məxfilik siyasəti
Bu siyasət saytdan istifadə zamanı məlumatların necə işləndiyini izah edir.
Son yenilənmə:
Operator
Bu saytın operatoru mənəm, ortodont Dr. Fidan Əliyeva.
Hansı məlumatlar işlənir
Əlaqə səhifəsindəki müraciət forması daxil etdiyiniz adı, telefonu və ya e-poçtu, mövzunu və qısa qeydi yalnız brauzerinizdə hazır WhatsApp mesajına çevirir. Sayt bu məlumatları heç bir serverə göndərmir və saxlamır. Mesajı WhatsApp-da özünüz göndərirsiniz; orada göndərdiyiniz məlumatlar həmin xidmətin məxfilik qaydalarına əsasən işlənir.
Sağlamlıq məlumatlarınızı və şəkillərinizi yalnız lazım olduqda göndərin; ətraflı məlumat qəbul zamanı müzakirə olunur.
Pasiyentlərin şəkilləri, videoları və müalicə nəticələri saytda və sosial şəbəkələrdə yalnız onların, uşaqlar üçün isə valideynin yazılı razılığı ilə paylaşılır.
Anonim statistika
Sayt neçə nəfərin hansı səhifəyə baxdığını bilmək üçün Google Analytics 4 xidmətindən kukisiz rejimdə istifadə edir. Brauzerinizdə heç bir kuki və ya tanıdıcı saxlanmır; hər gəliş yalnız həmin səhifə açıq olduğu müddətdə yaşayan təsadüfi nömrə ilə sayılır, ona görə təkrar gələndə tanınmırsınız.
Reklam siqnalları və reklam məqsədli şəxsiləşdirmə tam söndürülüb. Sayğac yüklənəndə brauzeriniz Google serverlərinə qoşulur; şəxsi məlumatlarınız statistikaya ötürülmür.
Xəritə
Əlaqə səhifəsində Google Xəritə yerləşdirilib. Xəritə yüklənəndə brauzeriniz Google serverlərinə qoşulur və Google öz məxfilik siyasətinə uyğun olaraq məlumat emal edə bilər.
Hüquqlarınız
Məlumatlarınızla bağlı suallarla əlaqə səhifəsindəki vasitələrlə müraciət edə bilərsiniz.